Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Apr 12, 2024 - 08:40
 0  332
Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda avtomobil piyadanı vuraraq öldürüb.

Kanal15 xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Qarabağlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Qurbanov Cavad Mehdi oğlu yolu keçmək istəyən zaman avtomobil onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır