Salyan rayon xəstəxanasına yeni direktor təyin edilib

Feb 24, 2024 - 17:54
Feb 26, 2024 - 10:27
 0  850
Salyan rayon xəstəxanasına yeni direktor təyin edilib

Səmədova Şirinxanım Vaqif qızı Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktoru təyin olunub.

Omedia.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Qeyd edək ki, Ş.Səmədova 1974-cü ildə Salyanda anadan olub. Son təyinatadək Şirvan Şəhər Uşaq Poliklinikasının müdiri işləyib.

Xatırladaq ki, Salyan Mərkəzi Rayon Xəstəxanasının əvvəlki direktoru Ramil Qasımov idi.