İşaxtaranların nəzərinə: Cəlilabadda əmək yarmarkası keçiriləcək

Feb 25, 2024 - 12:25
Feb 25, 2024 - 14:32
 0  403
İşaxtaranların nəzərinə: Cəlilabadda əmək yarmarkası keçiriləcək

Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının dəstəyi ilə Cəlilabad rayonunda əmək yarmarkası keçiriləcək.

✅Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

✅Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Ünvan və tarix:

Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti (Heydər Əliyev Mərkəzi)

Tarix: 29 fevral 2024

Saat: 11:00