May ayında bu nazirlər Cəlilabadda vətəndaş qəbulu keçirəcək

Apr 26, 2024 - 09:43
Apr 26, 2024 - 09:46
 0  339
May ayında bu nazirlər Cəlilabadda vətəndaş qəbulu keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.

Kanal15 xəbər verir ki, may ayının 15-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Masallı rayonunda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı rayonundan olan vətəndaşları qəbul edəcək.

17 may tarixində isə Elm və təhsil naziri Emin Əmrullayev Masallı rayonunda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Cəlilabad rayon şöbəsinə və Cəlilabad rayon üzrə təhsil sektoruna yaxınlaşmaq lazımdır.