Moskva vilayətində terror aktında ölənlərin sayı 99-a çatıb- Yenilənib

Mar 22, 2024 - 21:41
Mar 23, 2024 - 09:56
 0  815
Moskva vilayətində terror aktında ölənlərin sayı 99-a çatıb- Yenilənib

Yenilənib 

Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı 99-açatıb.

Omedia.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Məlumata görə, onlardan 3-ü uşaqdır.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

****

Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı 70-ə çatıb.

Bu barədə hakimiyyətə yaxın “Shot” teleqram kanalı bildirib.

“İlkin məlumata görə, “Krokus”da terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb”, - kanal nəql edib.

Qeyd olunub ki, tualet, bəslənmə və avadanlıq otaqlarında xeyli meyit tapılıb:

“Xeyli sayda meyit tualetlərdə, bəslənmə otağı və təmizləyicilərin inventar saxladığı otaqlarda – insanların atəşdən gizləndiyi yerlərdə tapılıb. Çoxları sadəcə tüstüdən boğulub, bədənlərində heç bir xəsarət olmayıb”.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

*******

Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Krokus Siti Holl”da insanlara atəş açılıb.

Omedia.az xəbər verir ki, bu barədə “Ostorojno, novosti”, “Baza” və “Mash” teleqram kanalları bildirib.

Rusiya mediasının yaydığı məlumata görə hadisə nəticəsində ölənlərin sayı 40 nəfəri keçib , 100-dən çox insan yaralanıb.

Hadisəni 5 nəfər silahlı naməlum şəxs avtomat silahdan insanlara atəş açmaqla törədiblər. 

Hadisədən sonra ərazidə genişmiqyaslı yanğın başlayıb. Binanın içində və damında köməksiz vəziyyətdə qalanların sayı 200 nəfərə yaxındır 

Qeyd edək ki, bu gün Azərbaycanın xalq artisti Röyanın həmin ticarət mərkəzində konserti var idi. Hadisə nəticəsində azərbaycanlıların xəsarət alıb-almaması ilə bağlı araşdırma aparılır.

Hadisənin Videosunu İzləyin (Daxil Ol)

*****

Hadisəni törədənlərdən biri saxlanılıb.