Cəlilabadda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub

Apr 26, 2024 - 12:18
 0  309
Cəlilabadda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi zamanə xəsarət alan şəxslərin kimliyi məlum olub.

Kanal15 xəbər verir ki, onlar Cəlilabad rayon sakinləri Asif Bayramov və onun qızı Mərcan Bayramovadır.

M.Bayramovanın vəziyyəti ağır olduğu üçün o, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir

Qeyd edək ki, VAZ-2106 markalı minik avtomobilinin yolun kənarındakı ağaclara çırpılması nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə rayonun Şabanlı kəndində qeydə alınıb.