Aprel ayında ölkə üzrə pensiya və müavinətlərin verilmə tarixləri məlum olub

Apr 6, 2024 - 10:58
Apr 6, 2024 - 11:05
 0  789
Aprel ayında ölkə üzrə pensiya və müavinətlərin verilmə tarixləri məlum olub

Artıq bir neçə ildir ki, Azərbaycanda pensiya və müavinətlərin verilməsi müəyyən qrafikə əsaslanır.

Kanal15 xəbər verir ki, Aprel ayında pensiya və müavinətlərin verilmə tarixi aşağıdakı kimi olacaqdır.

Aprelin 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Bölgələr üzrə əmək pensiyalarının ödənilməsi 16 aprel tarixində nəzərdə tutulub.

Ünvanlı dövlət sosial yardımların və müavinətlərin ödənilməsi isə 25 aprel tarixində nəzərdə tutulub.

Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.