Neftçalada axund narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün həbs olunub

Apr 13, 2024 - 09:29
 0  250
Neftçalada axund narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün həbs olunub

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb.

Samid Şakir oğlu Salamov Neftçalada Axund olub. O, rayonda Kərbəlayi Samid kimi tanınır.

Neftçalada mədrəsədə çalışırmış.

Axund Samid Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif edilib

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.