Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı vəfat edib

Apr 13, 2024 - 10:59
Apr 13, 2024 - 11:02
 0  107
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı vəfat edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin dekanı, dosent Araz Fərəcov vəfat edib.

Kanal15 xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Qeyd olunub ki, mərhum alimlə vida mərasimi bu gün saat 12:00-dək Təzəpir məscidində keçiriləcək.

Vida mərasimindən sonra mərhum Binəqədi qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, mərhum 1958-ci il təvəllüdlü idi.

Allah rəhmət eləsin