Müəllimlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb

Apr 18, 2024 - 12:44
 0  216
Müəllimlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb

Bu il üçün təhsilverənlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi mətbuat konfransında məlumat verib.

O bildirib ki, sertifikatlaşdırma iyunun 24-də keçiriləcək.

"Bu il sertifikatlaşdırmaya 31 035 müəllim cəlb olunacaq" - E.Bağırov deyib.