MSK Salyanda topa bülleten atılan məntəqədə seçkilərin nəticələrini ləğv edib - Siyahı

Feb 11, 2024 - 18:46
Feb 11, 2024 - 18:48
 0  291
MSK Salyanda topa bülleten atılan məntəqədə seçkilərin nəticələrini ləğv edib - Siyahı

Omedia.az xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

Onun sözlərinə görə, peşəkarlıq fonunda aparılan araşdırmalar göstərir ki, sağlam seçki mühitinə kölgə salmaq üçün bəzi cəhdlər olub.

Qeyd edilib ki, daxil olmuş bütün protokollar, internet resurslarında yayımlanan bütün informasiyalar araşdırılıb. Azərbaycanın öncül təcrübəsi kimi qəbul olunan veb-kameralar bu işdə də böyük yardımçı olub. Aparılan araşdırmalar zamanı bir neçə seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkarlanıb.

Nəticələri ləğv olunan məntəqələr

41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsinin 38 saylı,

61 saylı Qusar Seçki Dairəsinin 7 və 27 saylı,

65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin 9 saylı,

68 saylı Sabirabad-Şirvan Seçki Dairəsinin 2 saylı,

 77 saylı Lənkəran Seçki Dairəsinin 7 və 31 saylı,

 92 saylı Göyçay-Ağdaş Seçki Dairəsinin 6 saylı, 99 saylı Bərdə Seçki Dairəsinin 2 saylı, 114 saylı

 Şəki Şəhər Seçki Dairəsinin 1 saylı,

115 saylı Şəki Kənd Seçki Dairəsinin 6 saylı seçki məntəqələrinin nəticələri ləğv edilib və həmin seçki məntəqələrinin komissiyaları buraxılıb.