Gəncədə 9 yaşlı qız xəstəxanada öldü

Feb 20, 2024 - 11:21
 0  7
Gəncədə 9 yaşlı qız xəstəxanada öldü

Gəncədə 9 yaşlı qız xəstəxanada ölüb.

Omedia.az-ın məlumatına görə, Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib.

Lakin həkimlərin səylərinə baxmayaraq 9 yaşlı qız vəfat edib. R. Həsənovanın 20 gün əvvəl qızılcaya yoluxduğu bildirilir.

İlkin məlumata görə, azyaşlı ağciyərlərinə su yığılmasından ölüb. Ölüm hadisəsi ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.