Cəlilabadda ilk yerüstü piyada keçidinin inşası yekunlaşıb

Apr 6, 2024 - 23:27
 0  468
Cəlilabadda ilk yerüstü piyada keçidinin inşası yekunlaşıb

Cəlilabad şəhərində yerüstü piyada keçidinin inşası yekunlaşıb.

Kanal15 xəbər verir ki, keçid şəhərin Heydər Əliyev prospektində inşa olunub.

Yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilib.

Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilib.

Qeyd edək ki, keçid əvvəlcə 3 nömrəli məktəbə gedən yolun üzərində tikilməyə başlansada sonradan sökülərək sözü gedən məktəbdən 1 küçə irəlidə tikilib.