Cəlilabad sakini pirotexniki vasitənin partlayışı nəticəsində xəsarətlər alıb

Mar 20, 2024 - 19:21
Mar 20, 2024 - 19:22
 0  117
Cəlilabad sakini pirotexniki vasitənin partlayışı nəticəsində xəsarətlər alıb

Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Omedia.az xəbər verir ki, 1993-cü il təvəllüdlü E.Novruzovun əlində pirotexniki vasitə (fişəng) partlayıb.

O, əlindən ağır xəsarətlər alaraq, rayon xəstəxanasına aparılıb. E.Novruzova ovuc və ovuc nahiyəsinin cırılmış yaraları, vətər, sinir və damarların zədəsi, ikinci barmağın distal amputasiyası və cırılmış yaraları, əl sümüklərinin sınıqları diaqnozu qoyulub.

Yaralıya zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.