Canlı yayımda söyüş söyən məhşur tiktokerlər həbs olunub

Apr 9, 2024 - 19:32
Apr 9, 2024 - 19:33
 0  118
Canlı yayımda söyüş söyən məhşur tiktokerlər həbs olunub

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

Bu barədə Kanal15-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Tədbirlərlə 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov, 2003-cü il təvəllüdlü, “Miri” ləqəbli Mirnamiq Mirələmzadə saxlanılıblar. Müvafiq qərarla Ə.Məhərrəmov 20, M.Mirələmzadə 30 sutka inzibati qaydada həbs edilib.

DİN-dən bildirilib ki, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi davam etdirilir.